Samir Rzayev AZAL-ın prezidenti təyin edilib

Samir Rzayev AZAL-ın prezidenti təyin edilib

Bakı. TurkicWorld:

Samir Rzayev AZAL-ın prezidenti təyin edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Samir Musa oğlu Rzayev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.