Dünya Bankı Qırğızıstanda ali təhsilin inkişafı layihəsini maliyyələşdirəcək

Dünya Bankı Qırğızıstanda ali təhsilin inkişafı layihəsini maliyyələşdirəcək

Bakı. TurkicWorld:

Qırğızıstan Nazirlər Şurasının sədri Akılbek Japarov Dünya Bankının İnsan Kapitalının İnkişafı üzrə vitse-prezidenti Mamta Murti ilə Qırğızıstanda həyata keçirilən birgə layihələri müzakirə edib.

TurkicWorld-un məlumatına görə, Vaşinqtonda keçirilən görüşdə tərəflər Qırğızıstanda iqtisadiyyat, bankçılıq, təhsil, sosial inkişaf və rəqəmsallaşma sahələrində həyata keçirilən layihələr haqqında danışıb, gələcək birgə layihələrlə bağlı fikir mübadiləsi aparıblar.

Qırğızıstan Respublikasının ölkə iqtisadiyyatının dirçəlməsinə, pandemiyanın insan kapitalına mənfi təsirlərinin aradan qaldırılmasına, regional iqtisadi əlaqələrə və ümumi bazarlara yeni təkan verilməsinə yönəlmiş daha çox birbaşa dəstəyə ehtiyacı olacaq – deyə Nazirlər Şurasının sədri Akılbek Japarov qeyd edib.

Təhsil və səhiyyə xidmətlərinin inkişafı üçün büdcədə əhəmiyyətli artım diqqətəlayiqdir, sosial müqavilə əsasında sosial dəstək üçün təsirli tədbirlər görülür - Mamta Murti bildirib.

Məlumat üçün qeyd edək ki, hazırda Dünya Bankı uşaqların məktəbə hazırlığını artırmaq məqsədi daşıyan “Gələcək üçün təhsil” layihəsini həyata keçirir. Ali təhsilin müasirləşdirilməsi layihəsinin də bir neçə aydan sonra bank tərəfindən təsdiqlənməsi gözlənilir.

Twitter: @rufizoglu