Bakı, TurkicWorld
Qırğızıstanlı güləşçi Yolaman Şarşenbekov yunan-Roma güləşi üzrə turnirdə 60 kq çəki dərəcəsində yarımfinala yüksəlib.
TurkicWorld xəbər verir ki, Şarşenbekov 1/8 final mərhələsindən başlayaraq qazaxıstanlı Aidos Sultanqali üzərində qələbə qazanıb.
1/4 finalda onun rəqibi rumıniyalı Razvan Arnaut olub. Şarşenbekov 10:0 hesabı ilə erkən qələbə qazanaraq yarımfinala yüksəlib.
Qeyd edək ki, onun növbəti rəqibi Möhsün Nejad Mehdi (İran) - Keniçiro Fumita (Yaponiya) cütünün qalibi olacaq.
Hafiz Rufizoğlu