TikTok Qırğızıstanda rəsmi olaraq bloklanıb

TikTok Qırğızıstanda rəsmi olaraq bloklanıb

Bakı. TurkicWorld:

TikTok Qırğızıstanda rəsmi olaraq bloklanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi açıqlayıb.

Məlumata əsasən, bu qərar Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin məktubu əsasında qəbul edilib.

Qərarın qəbul edilməsinə əsas kimi göstərilən xidmət tərəfindən “Uşaqların sağlamlığına, habelə uşaqların fiziki, intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərər vurmanın qarşısının alınması tədbirləri haqqında” Qırğızıstan Respublikası Qanununun 2-1-ci maddəsinə əməl edilməməsi göstərilib.

Qeyd edək ki, ötən il Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi də bu sosial şəbəkənin bağlanması istiqamətində addımlar atıb, çünki uşaqlar üçün neqativ kontentlə bağlı şikayətlər olub.

X: Lamanasadli01