Qırğızıstan Qazaxıstana humanitar yardım göndərəcək

Qırğızıstan Qazaxıstana humanitar yardım göndərəcək

Bakı. TurkicWorld:

Qırğızıstan Qazaxıstanın daşqınlardan zərər çəkmiş rayonlarına humanitar yardım göndərəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov Joqorku Keneşin iclasında çıxışı zamanı deyib.

Japarov bildirib ki, Qırğızıstan Respublikasının prezidenti Sadır Japarovun tapşırığına əsasən, ölkənin Fövqəladə Hallar Nazirliyi Qırğızıstan istehsalı olan ərzaq məhsulları şəklində humanitar yük formalaşdırır və bu yük tezliklə Qazaxıstana göndəriləcək.

Bundan əlavə, aprelin 8-də Qazaxıstanın baş naziri Oljas Bektenov Qırğızıstana səfər edəcək.

Qeyd edək ki, Qazaxıstanda güclü daşqınlar nəticəsində fövqəladə vəziyyət elan edilib. 19 minə yaxın insan təxliyyə edilib.

X: Lamanasadli01