Qırğızıstanda turizm subyektlərinin vahid dövlət reyestri yaradılıb

Qırğızıstanda turizm subyektlərinin vahid dövlət reyestri yaradılıb

Bakı, TurkicWorld:

Qırğızıstanda turizm subyektləri üçün vahid dövlət reyestri yaradılır.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Turizm Departamentinin direktor müavini Kyal Kenjematova məlumat verib.

Onun sözlərinə görə, reyestrın yaradılması turizm sektorundakı iş adamlarına özlərini təkcə Qırğızıstanda deyil, bütün dünyada tanıtmağa imkan verəcək.

Vahid dövlət reyestri ölkənin turizm sektorunda potensialının artırılması üçün önəmli addımdır.

Onun sözlərinə görə, turizm subyektlərinin reyestrinə xidmət göstərənlər haqqında məlumatlar, turizm ehtiyatlarının statusu, coğrafi yeri, sərhədləri və mühafizə rejimi haqqında məlumatlar daxil ediləcək.

“Dövlət reyestri istirahət üçün təhlükəsiz turistik yerlər haqqında operativ məlumatların siyahısını təqdim edəcək”, – deyə Kenjematova bildirib.

Qurum rəsmisi qeyd edib ki, bu sahədə hər şey könüllülük əsasında olacaq.