Qırğızıstan BMT-nin Qəzzada atəşkəslə bağlı qətnaməsini alqışlayır

Qırğızıstan BMT-nin Qəzzada atəşkəslə bağlı qətnaməsini alqışlayır

Bakı. TurkicWorld:

Qırğızıstan Respublikası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2024-cü il martın 25-də Qəzza zolağında atəşkəs haqqında qəbul etdiyi qətnaməni alqışlayır və bu qərarın yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid edir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qırğızıstan hərbi əməliyyatların mümkün qədər tez tam dayandırılması və Qəzza zolağında humanitar böhranın həlli, siyasi dialoqun başlanması və Fələstin münaqişəsinin sülh yolu ilə həlli üçün dünya ictimaiyyətinin, ilk növbədə BMT Təhlükəsizlik Şurasının səylərini birləşdirməyə tərəfdardır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Qəzzanın səhiyyə rəsmilərinə görə, İsrailin Qəzzanı işğal etməsi 31 mindən çox insanın ölümünə səbəb olub, anklavın çox hissəsini xarabalığa çevirib və Qəzzanın 2,3 milyon əhalisinin 80 faizini köçkün vəziyyətinə salıb.
Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin çərşənbə günü Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01