Qırğızıstanda GMO toxumlarının idxalına qadağa qoyula bilər

Qırğızıstanda GMO toxumlarının idxalına qadağa qoyula bilər

Bakı, TurkicWorld:

Avrasiya İqtisadi İttifaqına üzv dövlətlər GMO-lu (geni dəyişdirilmiş orqanizm) toxumlara qadağanın tətbiqini nəzərdə tutan Aİİ qanunvericiliyinə dəyişiklik edilməsi üzrə işi davam etdirmək qərarına gəliblər.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Qırğızıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, əvvəlcə ən çox GMO olan qarğıdalı, şəkər çuğunduru, kolza, soya və pomidor toxumlarının idxalına qadağa qoyulması təklif edilir.

“Biz toxum istehsalçıları və idxalçılarından Qırğızıstan Respublikası ərazisində GMO toxumlarının dövriyyəsinə qadağa qoyulması ilə bağlı Qırğızıstan Respublikası qanunlarının tələblərinə əməl etmələrini xahiş edirik”, – deyə departamentdən bildirilib.