Qırğızıstanda Qlobal Pul Həftəsi keçiriləcək

Qırğızıstanda Qlobal Pul Həftəsi keçiriləcək

Bakı. TurkicWorld:

Qırğızıstanda 18-24 mart tarixlərində “Pulunuzu qoruyun, gələcəyinizi təmin edin” devizi altında Qlobal Pul Həftəsi keçiriləcək.

TurkicWorld xəbər verir ki, tədbir çərçivəsində Qırğızıstan Respublikasının Milli Bankı, dövlət qurumları, ictimai və beynəlxalq təşkilatlar, kommersiya bankları və mikromaliyyə təşkilatları tərəfindən məktəblərdə maliyyə savadlılığı dərsləri, universitetlərdə mühazirələr və treninqlər keçiriləcək.

Bundan əlavə, #GMWKyrgyzstan2024 heşteqi ilə sosial şəbəkələrdə yerləşdirilən ekskursiyalar, kommersiya banklarında açıq qapı günləri, uşaq rəsm müsabiqələri, videoçarxlar, eləcə də digər müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Qlobal Pul Həftəsi uşaqların və gənclərin maliyyə savadlılığını artırmaq üçün dünyanın yüzdən çox ölkəsində hər il keçirilən genişmiqyaslı kampaniyadır.

X: Lamanasadli01