Qırğızıstan-Tacikistan sərhədinin daha 38 mübahisəli kilometri müəyyənləşib

Qırğızıstan-Tacikistan sərhədinin daha 38 mübahisəli kilometri müəyyənləşib

Bakı. TurkicWorld:

Qırğızıstan-Tacikistan dövlət sərhədinin daha 38,35 kilometrlik hissəsi ilə bağlı razılıq əldə olunub.

TurkicWorld-un məlumatına görə, sərhəd təyin komitələri yanvarın 10-16-da Qırğızıstanın Batken şəhərində toplaşıb.

İşçi qruplar bununla bağlı protokol imzalayıblar. Qrupların növbəti iclasının Tacikistanda keçiriləcəyi açıqlanıb.

Qırğızıstanla Tacikistan arasında 972 kilometrlik sərhədin 90 faizi ilə bağlı razılıq əldə olunub. Tərəflər sərhədin müəyyənləşdirilməsi danışıqlarını yazda başa çatdırmağı hədəfləyirlər.

Sərhəd kəndlərində yaşayan əhalinin başlatdığı münaqişələrə zaman-zaman iki ölkənin silahlı qüvvələri də cəlb olunub.

14 sentyabr 2022-ci ildə baş verən ən son qarşıdurmada hər iki tərəfdən onlarla insan həyatını itirib.

Aytac Süleymanova

Twitter: a_alieva_