Belarus Qırğızıstanla idman sahəsində əməkdaşlıqda maraqlıdır

Belarus Qırğızıstanla idman sahəsində əməkdaşlıqda maraqlıdır

Bakı. TurkicWorld:

Belarus Qırğızıstanla idman sahəsində əməkdaşlıqda maraqlıdır.

TurkicWorld-un məlumatına görə, Belarus gənclər arasında idmanın inkişafı və bu sahədə təcrübə mübadiləsi sahəsində Qırğızıstanla əməkdaşlıqda maraqlıdır.

Bunu Belarusun idman naziri Sergey Kovalçuk Minskdə bədən tərbiyəsi və idman idarəsinin rəisi Aybek Abdimomunovla görüşü zamanı deyib. O, həmçinin idman sahəsində beynəlxalq təlim-məşq toplanışları təşkil etməyə hazır olduqlarını bildirib.

Görüş 4-14 avqust tarixlərində Belarusun 10 şəhərində keçirilib.

Xatırladaq ki, görüş MDB ölkələrinin oyunları çərçivəsində keçirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_