Küveyt şirkəti Qırğızıstanın tarixindən bəhs edən sənədli film çəkəcək

Küveyt şirkəti Qırğızıstanın tarixindən bəhs edən sənədli film çəkəcək

Bakı. TurkicWorld:

Küveytin “Vidago Art Production” şirkəti Qırğızıstanın tarixindən bəhs edən sənədli film çəkməyi planlaşdırır.

TurkicWorld-un məlumatına görə, filmin məqsədi ölkənin turizm və mədəni potensialını ərəb və avropalı tamaşaçılar arasında təbliğ etməkdir. Dünən Bişkekdə Qırğızıstan Respublikasının mədəniyyət nazirinin birinci müavini Kayrat İmanəliyev və Küveyt şirkətinin baş direktoru Əli Abbas Əl-Naki arasında birgə istehsalın mümkünlüyü müzakirə olunub.

İmanəliyev bildirib ki, idarə tarixi-mədəni irs yerlərinin ziyarətində informasiya yardımı göstərməyə hazırdır.

Görüşdən sonra tərəflər ikitərəfli mədəni əməkdaşlığı inkişaf etdirmək və Qırğızıstanın ərəb dünyasında tanınmasını artırmaq üçün birgə işləmək barədə razılığa gəliblər.

Aytac Süleymanova

Twitter: a_alieva_