Qazaxıstan Xəzər dənizinin dibi ilə neft kəmərinin tikintisi imkanlarını öyrənəcək

Qazaxıstan Xəzər dənizinin dibi ilə neft kəmərinin tikintisi imkanlarını öyrənəcək

Bakı,TurkicWorld

Qazaxıstan Energetika Nazirliyi Xəzər dənizinin dibi ilə neft kəmərinin tikintisi imkanlarını öyrənəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Departamentin sözlərinə görə, mövcud marşrutların saxlanılması, xüsusən də CPC boru kəmərinin etibarlı istismarının təmin edilməsi Qazaxıstan üçün prioritet olaraq qalır.

Qeyd edək ki, 28 fevral 2024-cü il tarixində məlum olub ki, 2024-cü ilin ilk 2 ayında CPC boru kəməri vasitəsi ilə 11 milyon ton CPC Blend nefti tədarük edilib və 100 tanker yüklənilib.

2024-cü ildə CPC 70 milyon ton neft göndərməyi planlaşdırır ki, bu da 2023-cü illə müqayisədə 10% çoxdur.

Qeyd edək ki, Qazaxıstan hasil etdiyi xam neftin təxminən 80 faizini ixrac üçün satır. 2023-cü ilin sonunda Qazaxıstanın Rusiyadan tranzitlə nəql etdiyi neftin həcmi 65,8 milyon ton təşkil edib ki, bu da Qazaxıstanın ümumi neft ixracının 93 faizinə bərabərdir.

Xatırladaq ki, Qazaxıstan nefti əsasən Aİ bazarına, Türkiyə, ABŞ və Asiya ölkələrinə ixrac edilir və ölkənin neft ixracının əhəmiyyətli hissəsi tranzitlə Rusiya vasitəsilə nəql olunur (CPC, Atırau-Samara və Mahaçqala-Novorossiysk boru kəmərləri).