Qazaxıstanla Saxa arasında ticarət dövriyyəsi 160 milyon dolları ötüb

Qazaxıstanla Saxa arasında ticarət dövriyyəsi 160 milyon dolları ötüb

Bakı,TurkicWorld

2023 Qazaxıstanla Saxa arasında ticarət dövriyyəsi iki dəfə artaraq 160 milyon dolları ötüb.

TurkicWorld xəbər verir ki,bu barədə Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Saxa Respublikası Günlərinin açılış mərasimində iştirak etmək üçün Astanaya səfərə gəlmiş Saxa (Yakutiya) Respublikasının başçısı Aisen Nikolaev ilə görüşü zamanı vurğulanıb.

Müzakirə zamanı qarşılıqlı ticarətin geniş potensialı qeyd edilib və tərəflərin kənd təsərrüfatı, sənaye və informasiya texnologiyaları sektorlarında sürəti artırmağa hazır olduqları bildirilib.