Qazax astronavt “Bayterek”-in yeni rəhbəri təyin edilib

Qazax astronavt “Bayterek”-in yeni rəhbəri təyin edilib

Bakı. TurkicWorld:

Qazax astronavtı Aydin Aimbetov “Bayterek” Qazaxıstan-Rusiya Birgə Müəssisəsinin yeni rəhbəri təyin edilib.

TurkicWorld-un məlumatına görə, bunu Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aviasiya sənayesi naziri Bağdat Mussin martın 18-də Milli Kosmik Mərkəzdə Respublika Kosmik Rabitə Mərkəzinin yaradılmasının 20 illiyi münasibətilə keçirilən rəsmi görüşdə bildirib.

“Doqquz ilə yaxındır birlikdə çalışdığınız Qazaxıstan Garysh Sapary-nın bütün komandasına, təkcə Yer kürəsinin uzaq məsafədən zondlanmasının davam etdirilməsinə görə deyil, həm də kosmik texnologiyaların rəqəmsallaşması və inteqrasiyasının nəticəsi olan bəzi rəqəmsal platformalar da daxil olmaqla innovasiyalara görə təşəkkür etmək istərdim”, - nazir bildirib.

Nazir “ZherInspector”, “Minerals.kz” və digər kosmik monitorinq layihələrinin ölkə iqtisadiyyatına real dəstək verdiyini bildirib və “Bayterek”lə birgə layihələrin reallaşmasına böyük ümidlər bəslədiyini qeyd edib.

"Ümid edirik ki, sizin təcrübənizi nəzərə alaraq, biz bu işi iki il ərzində başa çatdıra biləcəyik və Qazaxıstanın Bayterek buraxılış kompleksindən ilk peyk buraxılışını qeyd edəcəyik", - Aimbetov bildirib.

Məlumat üçün bildirək ki, Aidyn Aimbetov BKS-ə kosmosa uçuşundan 3 ay sonra, 2016-cı il yanvarın 5-də Qazaxıstan Garysh Sapary-də kosmik sistemlərin yaradılması və istifadəsi üzrə məsul vitse-prezident vəzifəsinə keçib.

O, 2021-ci il sentyabrın 13-dən Qazaxıstan Garysh Sapary-nın direktorlar şurasının sədri idi.