Bakı. TurkicWorld:
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, 18-19 yanvar tarixində İtaliya və Vatikana rəsmi səfər edəcək.
TurkicWorld-un məlumatına görə, səfər çərçivəsində, Kasım-Jomart Tokayev, İtaliya prezidenti Sercio Mattarella və baş nazir Giorgia Meloni ilə görüşəcək.
Tokayev həmçinin “Qazaxıstan - İtaliya” investisiya dəyirmi masasında iştirak edəcək və bir sıra iri İtaliya şirkətlərinin rəhbərliyi ilə görüşlər keçirəcək.
Bundan əlavə, yanvarın 19-da Qazaxıstan prezidenti Vatikanda Papa Fransisklə birgə mətbuat konfransi keçirəcək.
Qazaxıstan Prezidenti həmçinin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) mənzil-qərargahına da səfər edəcək.
Aytac Süleymanova
Twitter: a_alieva_