Netanyahunun ofisinə şübhəli zərf göndərilib

Netanyahunun ofisinə şübhəli zərf göndərilib

Bakı. TurkicWorld:

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi yağla ləkələnmiş şübhəli zərf alıb.

TurkicWorld-un məlumatına görə, bu barədə "The Jerusalem Post" qəzeti xəbər verib.

Məlumata əsasən, zərfi alandan sonra əraziyə dərhal polislər çağırılıb. Qeyd olunub ki, zərfin üzərində yağlı maddənin izlərinin olduğu nəzərə alınaraq, bunun təhlükəli ola biləcəyindən şübhə yaranıb.

Çağırış üzrə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli zərfə baxış keçirib və onu ofisdən götürərək əlavə yoxlama üçün təhlükəsizlik xidmətinə təhvil veriblər.