Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunan neftin həcmi artıb

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunan neftin həcmi artıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-mart ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 2022-ci ilin analoji dövründəki 6 675 000 tonla müqayisədə 7 244 500 ton təşkil edib.

TurkicWorld bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika komitəsinə istinadən xəbər verir.

Beləliklə, BTC ilə tranzit neftinin nəqli bütün illik hesablamada 8,5 faiz artıb.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına 2023-cü ilin ilk üç ayı ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan 9 500 800 ton neftin 76,3 faizi düşüb.

BTC ilə 6 223 700 ton Azərbaycan nefti nəql olunub ki, bu da həmin boru kəməri ilə tədarük olunan ümumi həcmin 85,9 faizini təşkil edir. 14,1 faiz və ya 1 020 800 ton neft isə Türkmənistan və Qazaxıstanın payına düşüb. Qeyd edək ki, 2022-ci ilin 1-ci rübündə BTC ilə nəql olunan tranzit neftin həcmi 1 201 700 ton təşkil edib.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci il mayın 18-də boru kəmərinə neft yüklənib.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmiş BTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53 faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5 faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).

Bakı-Tbilisi-Ceyhan boru xətti ilə neft 2006-cı ildə kommersiya məqsədi ilə neft nəqli başladıqdan sonra 2022-ci ilin sonunadək 4 milyard bareldən artıq neft nəql olunub.

Twitter: @Lyaman_Zeyn