Son dəqiqə

Azərbaycan neft-qaz sektoru Azeri Light CIF

Azərbaycan nefti ucuzlaşıb

BAKI,TurkicWorld

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 2,52 ABŞ dolları və ya 3,04% ucuzlaşaraq 80,43 ABŞ dollarına enib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,61 dollar və ya 3,23% ucuzlaşaraq 78,13 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,84 dollar və ya 5,19% azalaraq 51,87 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,05 dollar və ya 5,04% azalaraq 76,27 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Mövzuya görə xəbərlər