Son dəqiqə

Azərbaycan Azeri Light neft-qaz sektoru

Azərbaycan nefti ucuzlaşıb

BAKI,TurkicWorld

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 3,94 ABŞ dolları və ya 4,55% ucuzlaşaraq 82,61 ABŞ dollarına enib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,95 dollar və ya 4,69% ucuzlaşaraq 80,35 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,01 dollar və ya 6,78% azalaraq 55,10 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,55 dollar və ya 4,2% azalaraq 80,90 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Mövzuya görə xəbərlər