Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 11-də 98,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,17 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 97,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,17 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,16 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 95,34 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,06 dollar/barel azdır.