Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 10-da 102 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,46 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 98,4 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.