Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Bakı. TurkicWorld:

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,08 ABŞ dolları, yaxud 1,26% artaraq 87,09 ABŞ dolları təşkil edib.

TurkicWorld xəbər verir ki, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 83,30 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.