BAKI,TurkicWorld
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,87 ABŞ dolları və ya 4,4 faiz artaraq bir barel üçün 68,51 ABŞ dolları təşkil edib.
Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında "Azeri Light" markalı neftin FOB bazasında bir barelinin qiyməti 2,79 dollar və ya 4,37 faiz bahalaşaraq 66,65 dollar olub.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,6 dollar və ya 7,8 faiz artaraq bir barel üçün 35,93 dollara çatıb.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 2,55 dollar və ya 4 faiz artaraq bir barel üçün 65,48 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.







