Son dəqiqə

Dövlət Gömrük Komitəsi İsveçrə

Yanvar-oktyabr aylarında Azərbaycandan İsveçrəyə ixrac olunan neftin həcmi açıqlanıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan İsveçrəyə 96,6 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 172,8 min ton xam neft və neft məhsulları ixrac olunub.

Bu barədə TurkicWorld Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Ötən il İsveçrəyə Azərbaycan nefti ixrac olunmayıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan ümumilikdə 10,9 milyard dollardan çox dəyərdə 20,8 milyon tona yaxın xam neft və neft məhsulları ixrac olunub.

2024-cü ilin analoji dövrü ilə müqayisədə, bu göstərici dəyər ifadəsində 1,9 milyard dollar (15 faiz) azalıb, həcm baxımından isə 182,6 min ton (0,9 faiz) artıb.

Mövzuya görə xəbərlər