neft

Azərbaycan neft qiymətlərinin həftəlik icmalı

BAKI,TurkicWorld

Bu həftə ərzində "Azeri LT CIF", "Azeri Light FOB Ceyhan", "Urals" (EX NOVO) və "Dated Brent" markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,42 ABŞ dolları və ya 3,22% azalaraq 72,82 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 74,06 dollar/barel, minimum isə 72,18 dollar/barel olub.

Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 71,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,48 ABŞ dolları və ya 3,35% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 72,86 dollar/barel, minimum isə 70,87 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,06 ABŞ dolları və ya 1,79% azalaraq 58,08 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 58,56 dollar/barel, minimum isə 57,17 dollar/barel olub.

Bu həftə ərzində "Dated Brent" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,89 dollar və ya 1,24% ucuzlaşaraq, 70,93 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, "Dated Brent" neftinin maksimal qiyməti 71,46 dollar/barel, minimum isə 70,01 dollar/barel təşkil edib.

Neftin növü / tarix

14.07.2025

15.07.2025

16.07.2025

17.07.2025

18.07.2025

Orta qiymət

Azeri LT CIF

$74,06

-

$72,36

$72,67

$72,18

$72,82

Azeri Light FOB Ceyhan

$72,86

-

$71,11

$71,36

$70,87

$71,55

Urals (EX NOVO)

$58,56

-

$57,17

$58,11

$58,48

$58,08

Dated Brent

$71,46

-

$70,01

$70,96

$71,28

$70,93

Mövzuya görə xəbərlər