Son dəqiqə

Brent Dated URALS Azeri Light neft-qaz sektoru

Azərbaycan nefti ucuzlaşıb

Bakı, TurkicWorld

İyulun 16-da İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,84 dollar ucuzlaşaraq 88,59 dollar olub.

TurkicWorld bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,83 dollar ucuzlaşaraq 87,24 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,04 dollar ucuzlaşaraq 72,54 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti iyulun 16-da 1,04 dollar ucuzlaşaraq 85,63 dollar olub.

Mövzuya görə xəbərlər