SOCAR-da Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

SOCAR-da Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirilib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordon ilə görüş keçirilib.

Görüşdə Azərbaycan ilə BVF arasındakı səmərəli əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində tərəfdaşlarla birgə atılan addımlar, SOCAR-ın strateji hədəfləri, yeni Əməliyyat Modeli barədə məlumat verilib.

Görüşdə enerji keçidi, rəqəmsallaşma və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.