Rumıniyanı SOCAR ilə əməkdaşlıqda maraqlandıran energetika mövzuları məlum olub

Rumıniyanı SOCAR ilə əməkdaşlıqda maraqlandıran energetika mövzuları məlum olub

Bakı. TurkicWorld:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyanın təbii qaz bazarında və digər energetika sahələrində əsas aktorlardan biridir.

TurkicWorld xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Sebastiyan-İoan Burduja Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu gün Bakıda keçirilən 8-ci iclasında deyib.

Nazir Bakıda ətraflı müzakirə olunacaq mühüm layihələr arasında SOCAR-ın idarə etdiyi Kulevi terminalından Konstansa limanına qədər maye təbii qazın (MTQ) nəqli layihəsinin, eləcə də Xəzər dənizində gələcək külək elektrik stansiyalarından "yaşıl" enerjinin nəqli üzrə "Back Sea Energy" layihəsinin adını çəkib.

Bundan başqa, tərəflər Rumıniyaya Azərbaycan qazının tədarükünün artmasını, o cümlədən müvafiq infrastruktur və hüquqi aspektlər üzrə fəaliyyəti müzakirə edəcəklər.