SOCAR və "KazMunayQaz" Xəzər dənizi vasitəsilə neft nəqlinin artırılması üzərində davam edir

SOCAR və "KazMunayQaz" Xəzər dənizi vasitəsilə neft nəqlinin artırılması üzərində davam edir

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “KazMunayQaz Milli Şirkət" SC Xəzər dənizi vasitəsilə neft nəqlinin artırılması üzərində çalışmağa davam edir.

TurkicWorld çərşənbə günü xəbər verir ki, bunu jurnalistlərə "KazMunayQaz"ın idarə heyətinin sədr müavini Bulat Zakirov deyib.

"Hazırda Xəzər dənizi vasitəsilə, xüsusən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri üzrə yeni marşrutları inkişaf etdiririk. Mart ayından bu istiqamətdə "Tengiz" neftinin nəqlinə başlamışıq. Diversifikasiyanı təmin etmək məqsədilə SOCAR şirkəti ilə, eləcə də Qazaxıstanda öz neft şirkətlərimiz ilə bu həcmlərin artırılması üzrə işlər görürük", - o deyib.

"Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Qazaxıstan neftinin nəqlindən bəhs edən Zakirov vurğulayıb ki, CPC-yə analoq olan hər hansı iri nəqliyyat sisteminin yaradılması mühüm vaxt almaqla yanaşı, kapital qoyuluşu tələb edəcək.

"Bunun üçün milyardlarla dollar lazımdır. Biz bu işi davam etdirəcəyik, lakin indi əsas iş mövcud ixrac marşrutlarının sabitliyini qorumaq məqsədilə aparılır", - deyə o, qeyd edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov 2023-cü ilin sonunadək Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstandan 1,125 milyon ton neftin tədarük olunacağını bildirib.

"Azərbaycan hər ay Qazaxıstan neftini daşıyan 12-14 tanker qəbul edir. Bu, hadisələrin qənaətbəxş inkişafıdır. Tərəflər arasında ilkin razılaşma bu il 1,5 milyon ton neft nəqlini nəzərdə tuturdu. Lakin nəzərə alsaq ki, tədarüklər bu ilin aprel ayında başlayıb, 2023-cü ilin sonunadək 1,125 milyon ton nəql edə bilərik", - o deyib.