BAKI,TurkicWorld
Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanovla görüşü ilə bağlı paylaşım edib.
"Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz çərçivəsində Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanovla görüşdük. Ölkələrimizin malik olduğu zəngin enerji potensialının iqtisadi tərəfdaşlığın inkişafı üçün əlverişli şərait yaratdığını vurğuladıq. Beynəlxalq bazarlara enerji nəqli, bu sahədə hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, birgə layihələrdə iştirak imkanlarını müzakirə etdik", - deyə paylaşımda qeyd olunub.







