Son dəqiqə

Xocalı

Xocalıda 8 yaşayış məntəqəsinin elektrik enerjisi təminatı ilə bağlı 8,1 milyon manatlıq işlər görüləcək

Bakı. TurkicWorld:

Xocalı rayonunun bir sıra yaşayış məntəqələrində elektrik enerjisi ilə təminatı ilə bağlı işlərə başlanılır.

TurkicWorld-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, görüləcək işlər çərçivəsində Xocalı rayonu Almalı, Mehdibəyli, Aşağı Qılıçbağ, Çanaqçı, Pirlər, Dağyurd, Qarabulaq və Qarakötük yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsi 35 və 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı naqil (ÖİN) şəbəkəsi ilə tam yenidənqurularaq elektrik enerjisi ilə təmin olunacaq.

Belə ki, "Azərişiq" Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə start verib.

ASC hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda görüləcək işlərin 8,1 milyon manata başa gələcəyi proqnozlaşdırılır.

Mövzuya görə xəbərlər