Son dəqiqə

Azərbaycan Qazaxıstan Qırğızıstan Asiya İnkişaf Bankı (AİB) Tayland

AİB Azərbaycanın da iştirak etdiyi "ağıllı enerji" ilə bağlı sub-layihəyə investisiya qoyacaq

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Asiya İnkişaf Bankı (AİB) Ağıllı Enerji İnnovasiya Fondu (Smart Energy Innovation Fund) çərçivəsində ümumi həcmi 1,5 milyon ABŞ dolları olan ikinci sub-layihənin istifadəyə verildiyini açıqlayıb.

TurkicWorld AİB-ə istinadən xəbər verir ki, bu sub-layihə Azərbaycan və Taylanda dəstək məqsədi daşıyır.

Məlumata görə, sub-layihə "ağıllı enerji sistemləri"nə, bərpa olunan enerji mənbələrinin enerji şəbəkələrinə inteqrasiyası üçün infrastruktura, eləcə də benefisiar ölkələrdə innovativ texnologiyaların və rəqəmsal həllərin təşviqinə investisiyaların qoyulmasını nəzərdə tutur.

Qeyd olunur ki, sub-layihə digər inkişaf etməkdə olan AİB-ə üzv ölkələr (ADB DMCs) ilə aparılan cari müzakirələr və ehtiyaclar əsasında genişləndirilə bilər. Bura Qazaxıstan (elektromobillik və doldurma infrastrukturu), Qırğız Respublikası (məlumat mərkəzləri) və Taylandla (məlumat mərkəzləri üçün dayanıqlı və etibarlı enerji təchizatı) aparılan müzakirələr daxildir.

Mövzuya görə xəbərlər