Son dəqiqə

Azərbaycan qeyri-neft sektoru İİTKM elektrik enerjisi

Azərbaycan elektrik enerjisi ixracından 70 milyon dollara yaxın gəlir əldə edib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 69,7 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.

Bu barədə TurkicWorld İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 milyon ABŞ dolları və ya 25,8% azdır.

Belə ki, ötən ilin eyni dövründə ölkədən 93,9 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilmişdi.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

Mövzuya görə xəbərlər