Prezident İlham Əliyevin Avropada enerji təhlükəsizliyinin təmin olunmasına dəstəyi xüsusi əhəmiyyət kəsb edir - Rosen Plevneliev

Prezident İlham Əliyevin Avropada enerji təhlükəsizliyinin təmin olunmasına dəstəyi xüsusi əhəmiyyət kəsb edir - Rosen Plevneliev

Prezident İlham Əliyevin Avropada enerji təhlükəsizliyinin təmin olunmasına dəstəyi xüsusi əhəmiyyət kəsb edir.

TurkicWorld-un məlumatına görə, bunu Bolqarıstanın sabiq prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rosen Plevneliev deyib.

"Avropa İttifaqı Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri və Prezident İlham Əliyevin Avropada enerji təhlükəsizliyinin təmin olunmasına dəstəyi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan qazı Bolqarıstan üçün prioritetdir.

Bizim hazırda 1 milyard m3 qaz üçün müqaviləmiz var və biz daha çox qaz almaq istəyirik. Amma Bolqarıstanın hazırda istehlakı 3 milyard m3-dir və çatışmayan həcmlər üçün başqa mənbələrdən qazı təmin etməliyik. "Qazprom" ilə müqaviləmiz bu ilin sonunda başa çatır və yeni müqavilə olmayacaq", - R.Plevneliev deyib.

Mövzuya görə xəbərlər