Türkiyədə yeni Ağıllı və Sürətli Enerji qurğuları istifadəyə veriləcək

Türkiyədə yeni Ağıllı və Sürətli Enerji qurğuları istifadəyə veriləcək

Bakı. TurkicWorld:

Türkiyənin Otomobili Girişim Grubu Sanayi ve Ticaret A.Ş. (TOGG) şirkətinin yeni Ağıllı və Sürətli Enerji Doldurma Qurğuları (TRUGO) markası ölkədə bütün elektrikli avtomobil istifadəçilərinə xidmət göstərəcək. TurkicWorld-un məlumatına görə, şirkət Enerji Bazarının Tənzimlənməsi Qurumundan (EPDK) enerji doldurma şəbəkəsi operatoru lisenziyası alıb.

Məlumata görə, 2023-cü ilin ortalarına qədər şirkət 81 vilayətdə 600-dən çox nöqtədə 1000 sürətli enerji doldurma qurğuları quraşdıracaq.

Qeyd edək ki, hazırda Türkiyənin 269 bölgəsində Eşarj şirkətinə məxsus 258-i sürətli enerji doldurma qurğusu olmaqla 496 qurğu fəaliyyət göstərir.

Şirkətin başlatdığı "Elektrikli Avtomobillər üçün Sürətli Doldurma Stansiyaları Proqramı" çərçivəsində Türkiyənin 53 vilayətində 495 yüksək sürətli enerji doldurma qurğusu qurulacaq.

Eşarj stansiya şəbəkəsinə təxminən 300 milyon TL sərmayə qoyacaq.

Onu da bildirək ki, ölkədə enerji doldurma qurğularının sayının 2023-cü ildə 54 minə, 2030-cu ildə 1,1 milyona, 2040-cı ildə isə 4,8 milyona çatacağı təxmin edilir.

2022-ci ilin başından ölkədə elektrik avtomobilindən istifadə edənlərin sayı on mini ötüb. 2023-cü ildə bu rəqəmin 20 minə çatacağı təxmin edilir.

2022-ci ilin yanvar-iyun aylarında 0,8 faiz olan elektrik avtomobillərinin bazar payı 2023-cü ilin sonunda 1 faizi keçəcəyi düşünülür.