...

Türkiyədə Aİ-98 markalı benzin istehsalı həcmi açıqlanıb

Energetika Digər xəbərlər 3 İyun 2022 17:09
TurkicWorld Daspina Hasanova
Türkiyədə Aİ-98 markalı benzin istehsalı həcmi açıqlanıb

Ankara. TurkicWorld:

Bu ilin mart ayında Türkiyədə ümumilikdə 1 096 ton Aİ-98 markalı benzin istehsal edilib. Bu barədə TurkicWorld-a Enerji Bazarının Tənzimlənməsi Qurumundan (EPDK) bildirilib.

Məlumatda qeyd edilib ki, istehsal olunun Ai-98 markali benzinin ümumilikdə 1 096 tonu Türkiye Petrol Rafinerileri A.S. (Tüpraş) tərəfindən istehsal edilib.

Belə ki , Tüpraş-ın Türkiyənin İzmit şəhərində yerləşən zavodundan ümumilikdə 1 906 ton Aİ-98 markalı benzin istehsal edilib.

Qeyd edək ki , bu ilin mart ayında Türkiyədə ümumilikdə 412 454 ton Aİ-95 markalı benzin istehsal edilib.
İstehsal olunun Ai-95 markali benzinin ümumilikdə 393 342 tonu Türkiye Petrol Rafinerileri A.S. (Tüpraş) tərəfindən istehsal edilib. Qalan 19 112 ton isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu tərəfindən istehsal edilib.

Tüpraş-ın Türkiyənin İzmit şəhərində yerləşən zavodundan ümumilikdə 192 644 ton, İzmirdə yerləşən zavodundan 134 305 ton və Kırklareli şəhərində yerləşən zavodundan isə 66 393 ton Aİ-95 markalı benzin istehsal edilib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti