Son dəqiqə

SOCAR Bakı-Supsa neft

“Bakı-Supsa” Qərb İxrac Boru Kəməri vasitəsilə indiyədək nəql olunan neftin həcmi açıqlanıb

Bakı. TurkicWorld:

“Bakı-Supsa” Qərb İxrac Boru Kəməri istismara veriləndən 1 aprel 2025-ci ilədək boru kəməri vasitəsilə ümumilikdə 738 milyon barrel neft nəql olunub.

Bu barədə TurkicWorld Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Məlumata görə, “Bakı-Supsa” Qərb İxrac Boru Kəməri layihəsinin həyata keçirilməsi Azərbaycanın neft ixrac marşurutunun şaxələndirilməsi və beynəlxalq enerji bazarlarına inteqrasiyasına mühüm töhfə verib.

Qeyd edək ki, “Bakı-Supsa” Qərb İxrac Boru Kəməri 17 aprel 1999-cu ildə istismara verilib.

Bakı-Supsa kəməri ilə bağlı infoqrafikanı təqdim edirik:

Mövzuya görə xəbərlər