Bolqarıstan təbii qazın əlavə tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətindədir

Bolqarıstan təbii qazın əlavə tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətindədir

Bolqarıstan Rusiyadan qaz kəmərinin bağlanması təqdirində əlavə təbii qaz həcmlərinin tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətindədir.

TurkicWorld-un məlumatına görə, bunu ölkənin energetika naziri Aleksandr Nikolov deyib.

Onun sözlərinə görə, Rusiyadan tədarüklə bağlı problemlərin yaranacağı halda bir sıra real alternativlər, o cümlədən "Cənub Qaz Dəhlizi" üzrə tədarük alternativi mövcuddur.

Nazir əlavə edib ki, Yunanıstan ərazisindən mayeləşdirilmiş təbii qazın tədarükləri də mümkündür.

Qeyd edək ki, Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi vasitəsilə Azərbaycandan ildə bir milyard kubmetr qaz əldə etməyi planlaşdırır. IGB-nin 2022-ci ilin iyulunda işə salınması nəzərdə tutulur.