TANAP-la hidrogen nəqli imkanları öyrənilir - Baş direktor

TANAP-la hidrogen nəqli imkanları öyrənilir - Baş direktor

Hazırda Trans-Anadolu boru kəməri (TANAP) ilə hidrogen qarışığının nəqli imkanları tədqiq olunur.

TurkicWorld-un məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, texniki baxımdan TANAP-la nəql olunan təbii qazın tərkibində hidrogenin həcmi 2 faiz səviyyəsində ola bilər. Bununla belə, müvafiq qərar tədarükçülər və alıcılar tərəfindən qəbul edilməlidir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi İbrahim Əhmədov öz növbəsində əlavə edib ki, Trans-Adriatik qaz kəməri (TAP) konsorsiumunda da bu məsələ öyrənilir.

"Ümid edirəm ki, yaxın zamanlarda bu sahədə müəyyən planlar hazırlana bilər", - deyə o bildirib.