Son dəqiqə

neft

Səngəçal terminalından 166 milyon barel neft və kondensat ixrac edilib

Bakı, TurkicWorld

Bu ilin ilk üç rübü ərzində Səngəçal terminalından təxminən 166 milyon barel neft və kondensat ixrac edilib. Onlardan 165 milyon bareli Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 1 milyon bareli Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə həyata keçirilib.

Bu barədə TurkicWorld BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən, Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

İlk üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 609 milyon standart kubfut) Şahdəniz qazı göndərilib.

Mövzuya görə xəbərlər