SOCAR 2022-ci ildə karbon qazı tullantılarını sıfıradək azaldacaq

SOCAR 2022-ci ildə karbon qazı tullantılarını sıfıradək azaldacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2022-ci ildə karbon qazı tullantılarını sıfıradək azaldacaq.

TurkicWorld-un məlumatına görə, bunu SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə "Reuters" agentliyinə açıqlamasında deyib.

"Biz 2010-cu ildən Dünya Bankının səmt qazının yandırılmasının azaldılması proqramı çərçivəsində bunun üzərində işləyirik. 2022-ci ildə biz karbon neytrallığı səviyyəsinə çatacağıq", - deyə o bildirib.

Onun sözlərinə görə, tullantılar təkcə karbohidrogen hasilatı prosesi ilə əlaqədardır.

"Görülən işlər sayəsində bu günədək 20 il ərzində məşəllərdə yandırılmaqda olan səmt qazının 300-600 min kubmetrini ələ keçirmək mümkün olur", - R.Hüseynzadə deyib.

O əlavə edib ki, SOCAR "Neft daşları" və "Günəşli" dayazsulu yataqlarında ekoloji təmiz texnologiyalardan istifadə etməklə təbii qaz hasilatını ildə iki milyard kubmetrədək artıra bilər.