...

Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub

Energetika Digər xəbərlər 21 Oktyabr 2021 14:58
TurkicWorld Aytac Aliyeva
Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
2021-ci ilin yanvar-sentyabr aylarında Bakı-Supsa boru kəməri ilə nəql olunan neftin həcmi 3,2 milyon tondan çox olub. Bunu TurkicWorld Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib. Onun sözlərinə görə, nəql olunan bütün neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun payına düşüb. İ.Əhmədov əlavə edib ki, Bakı-Supsa boru kəmərinin istismarı müddətində 97,5 milyon ton Azərbaycan nefti nəql olunub. Qeyd edək ki, 837 kilometr uzunluğu Bakı-Supsa neft kəməri 1999-ci il aprelin 17-də istismara verilib. Bakı-Supsa neft kəməri (Qərb İxrac Boru Kəməri) - Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır. Uzunluğu 833 kilometr olan QİBK Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır.
Məqalədə:
REKLAM
Nağd
USD
1.6970
%0,00
EUR
2.0190
%0,03
GBP
2.3451
%0,02
TRY
0.1810
%0,01
Nağdsız
USD
1.6780
%0,00
EUR
2.0190
%0,02
GBP
2.3451
%0,03
TRY
0.1888
%0,01
REKLAM
Xəbərlər

Xəbər lenti