Son dəqiqə

işğaldan azad edilmiş ərazilər Cavid Qurbanov Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti

Azad edilmiş ərazilərdə dəmir yol xəttlərinin çəkilməsi sürtlə davam edir - Cavid Qurbanov

Horadiz-Naxçıvan, Şuşa və Ağdam istiqamətlərində dəmir yol xəttinin çəkilməsi ilə bağlı işlər sürətlə davam edir. Turkic.World-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. C.Qurbanov bildirib ki, Ağdam istiqamətində artıq 20 kilometr yol yatağı tikinti üçün hazırdır. O qeyd edib ki, ərazilərin minalanması dəmir yolu infrastrukturunun yaradılmasını çətinləşdirən əsas səbəbdir. C.Qurbanov bildirib ki, dəmir yol xəttinin çəkilişi zamanı işçilər minaların üzərindən keçiblər: "Xoşbəxtlikdən mina partlamayıb".

Mövzuya görə xəbərlər