Bakı limanında toplu yük terminalı inşa olunacaq - Taleh Ziyadov

Bakı limanında toplu yük terminalı inşa olunacaq - Taleh Ziyadov

Bakı. TurkicWorld:

Yaxın zamanda Bakı limanında toplu yük terminalının inşasına başlamaq planlaşdırılır.

Bu barədə bazar ertəsi TurkicWorld-un sualını cavablandıran Bakı limanının baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, investorların cəlb olunması üzrə işlər və layihə işləri artıq tamamlanıb.

Qeyd edək ki, 2022-ci ilin yekunlarına əsasən, Bakı limanı vasitəsilə 6,3 milyon tondan artıq yük aşırılıb ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 14 faiz artımdan xəbər verir. Bundan başqa, ötən ilin yekunlarına əsasən təqribən 52,3 min TEU-konteyner aşırılıb ki, bu da 2021-ci ildən 16 faiz yüksəkdir. Konteyner aşırılması üzrə göstəricinin stabil artımı ötürücülük qabiliyyətini 100 mindən 500 min TEU-konteynerə çatdıracaq böyük konteyner terminalının tikintisinin ortamüddətli və uzunmüddətli perspektivinin zəruri olduğundan xəbər verir.