Son dəqiqə

Azərbaycan Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu Körpü yol ötürücüsü

Azərbaycanda ən böyük körpünün tikintisinə başlanacaq

Bakı. TurkicWorld:

Azərbaycanda ən böyük körpünün inşasına başlanacaq.

TurkicWorld-un məlumatına görə, bunu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsi layihəsi ilə bağlı bu gün Bakıda keçirilən ictimai dinləmələrdə "Gidrotransproyekt" Elmi Tədqiqat Mərkəzinin direktoru Natiq Əliyev deyib.

O bildirib ki, yeni körpü Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda inşa ediləcək: "Həmin ərazi sürüşmə zonası olduğundan orada böyük körpünün inşası planlaşdırılıb. Körpünün uzunluğu 1180, hündürlüyü isə 83 metr olacaq. Körpü Azərbaycanda ən böyük yol ötürücüsü olacaq".

Mövzuya görə xəbərlər