Azərbaycanla Pakistan arasında ticarətin sadələşdirilməsi üçün yeni saziş planlaşdırılır

Azərbaycanla Pakistan arasında ticarətin sadələşdirilməsi üçün yeni saziş planlaşdırılır

Bakı. TurkicWorld:

Azərbaycan və Pakistan ölkələr arasında işgüzar əlaqələri gücləndirməyə kömək edəcək Preferensial Ticarət Sazişi imzalamağı planlaşdırır.

TurkicWorld-in Pakistan KİV-nə istinadən məlumatına görə, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Sialkot Ticarət və Sənaye Palatasına (Pəncab əyaləti) səfəri zamanı deyib.

Ticarət Palatasının prezidenti Abdul Qafur Maliklə görüşü zamanı səfir tərəflərin birgə səyləri nəticəsində Pakistanla Azərbaycan arasında əmtəə dövriyyəsinin 2022-ci ildə üç dəfə artdığını qeyd edib.

Abdul Qafur Malik Pakistanın iki ölkə arasında mövcud olan iqtisadi potensialdan istifadə etməyə çalışdığını, Ticarət və Sənaye Palatasının bununla əlaqədar olaraq Azərbaycana işgüzar nümayəndə heyəti göndərməyi planlaşdırdığını qeyd edib.

Tərəflər birbaşa işgüzar əlaqələrin inkişafı üçün birgə səy göstərmək barədə razılığa gəliblər.