Son dəqiqə

Azərbaycan BMT İqtisadi əməkdaşlıq Səməd Bəşirli Dayanıqlı inkişaf

Azərbaycan və BMT SPECA üzrə əməkdaşlığı müzakirə edib

BAKI,TurkicWorld

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Mariyasinlə görüşüb. Görüşdə Azərbaycanla BMT və onun Avropa üzrə İqtisadi Komissiyası arasında əməkdaşlığın inkişaf istiqamətləri nəzərdən keçirilib.

TurkicWorld xəbər verir ki, görüş zamanı Azərbaycanla BMT arasında tərəfdaşlığın dayanıqlı inkişafın təşviqində əhəmiyyəti vurğulanıb. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram çərçivəsində əməli əməkdaşlığın inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib.

Tərəflər Xüsusi Proqram çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi və qarşıdakı dövrdə atılacaq addımlar barədə fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin proqramın Çoxtərəfli Etimad Fondunun fəaliyyəti diqqət mərkəzində olub. Fondun maliyyə imkanlarının gücləndirilməsi və fəaliyyətinin genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Tərəflər Fondun maliyyə dəstəyi göstərən tərəflərinin sayının artırılması və əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi imkanlarını da müzakirə ediblər.

Mövzuya görə xəbərlər