BAKI,TurkicWorld
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “China National Chemical Engineering & Construction Corporation Seven” — CC7 şirkətinin İdarə Heyətinin sədri Lunq Xayyanq ilə görüş keçirib. Görüşdə Azərbaycanla Çin arasında sənaye sahəsində əməkdaşlığın inkişaf imkanları nəzərdən keçirilib.
TurkicWorld xəbər verir ki, tərəflər Azərbaycanda və üçüncü ölkələrdə neft və neft-kimya sənayesi üzrə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Bu istiqamətdə birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı mövcud layihələrin hazırkı vəziyyəti və onların növbəti mərhələlərinin həyata keçirilməsi məsələləri də diqqət mərkəzində olub. Tərəflər əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud imkanları nəzərdən keçiriblər.
Müzakirələrdə tərəfdaş şirkətlər və maliyyə qurumları ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu əməkdaşlığın yeni layihələrin həyata keçirilməsinə və Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafına töhfə verə biləcəyi qeyd olunub.







