BAKI,TurkicWorld
Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə növbəti yük tədarükü həyata keçiriləcək.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, 14 vaqondan ibarət, ümumi çəkisi 979 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.
Qeyd edilib ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit qaydasında 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları daşınıb.
Məlumata görə, eyni dövrdə Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.







